Xırdalanda növbəti iki küçəsinin təmirinə start verilib FOTO

Xırdalanda növbəti iki küçəsinin təmirinə start verilib  FOTO
  • Cəmiyyət

  • Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində daha iki küçəsində asfaltlanma işlərinə start verib. Asfaltlanma işləri Xırdalan şəhərinin ümumi sahəsi 6570 kvadratmetr olan Əbdüləli Mürsəlov və 9170 kvadratmetr sahəsi olan Şıxəli Qurbanov küçələrində həyata keçiriləcək.

    LEQAL.AZ xəbər verir ki, layihə çərçivəsində piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənəcək. Yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Layihə çərçivəsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Küçənin işıqlandırılması da həyata keçiriləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər