İsmayıllıda iməcilik keçirilib

İsmayıllıda iməcilik keçirilib
  • Cəmiyyət

  • İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində iməcilik təşkil edilib və yüzlərlə sakin bu xeyirxah təşəbbüsdə fəal iştirak ediblər.

    LEQAL.AZ xəbər verir ki, İsmayıllı rayonunda ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, hər yerdə abadlıq və səliqə-sahman işləri görülüb. Şəhərin küçə və parklarında, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki magistral yollarının ətrafında, Basqal, Lahıc qəsəbə, Kürdmaşı, Talıstan, Qalagah və digər kənd yollarında və yaşayış məntəqələrinin ərazisində geniş təmizlik işləri aparılıb.

    İməcilikdə kənd icra nümayəndələri, bələdiyyələr, kommunal müəssisə işçiləri və sakinlər iştirak ediblər. Xeyirxah aksiya rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər