Saxta möhürlü qaz sayğacları aşkarlanıb

Saxta möhürlü qaz sayğacları aşkarlanıb
  • Cəmiyyət

  • “Azəriqaz” İB paytaxtın müxtəlif ərazilərində pərakəndə şəkildə qanunsuz qaz çəkilişi aparılan ünvanlar aşkarlayıb.

    Birliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, Bakı Regional Qazın Satışı Departamenti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə sözügedən qayda pozuntusu ilə bağlı Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan yeni yaşayış massivində reyd keçirilib. Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü 9 sayğac götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Bir ay bundan öncə “Azəriqaz” İB-in məsul şəxsləri həmin ünvanda olub və vətəndaşlara işbazlarla ünsiyyət qurmamağı, qaz çəkilişi üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər.

    Qeyd edək ki, sözügedən ünvanda təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini “Azəriqaz” İB çəkməyib. İB-nin Bakı Regional Qazın Satışı Departamentinin hüquq şöbəsinin rəisi Röyal Süleymanov faktın araşdırılacağını deyib və Daxili İşlər Nazirliyinin əməkdaşlarına reyddə iştirak etdiklərinə görə təşəkkür edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər