Ukraynada yaşayan soydaşımız, Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatiya Klubunun prezidenti Emin Nəcəfli TÜRKSOY tərəfindən medalla təltif olunub.
LEQAL.AZ xəbər verir ki, Qazaxıstanın Ukraynadakı səfirliyində keçirilən təltif etmə mərasimində E.Nəcəfli TÜRKSOY-un “Albay” xatirə medalına layiq görülüb.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, qazax xalqının görkəmli və unudulmaz oğlu Abayın 175 illiyinin keçirilməsinin onun irsinin araşdırılmasına bir töhfədir. O bildirib ki, soydaşımız E.Nəcəfli Abay irsinin araşdırılmasında göstərdiyi xidmətə görə bu medala layiq görülüb. D.Kaseinov soydaşımıza Qazaxıstan və Ukrayna arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.
E.Nəcəfli AZƏRTAC-a açıqlamasında bildirib ki, 2021-ci ildə Qazaxıstan və Ukrayna arasında bir sıra mədəni və iqtisadi layihələrin gerçəkləşdirilməsi üzərində işlərə başlanılıb.
azərtac