Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ baş verib

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ baş verib
  • Cəmiyyət

  • Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb.

    Mərkəzin İnformasiya şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, bunu RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

    “Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ baş verib. Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər maqnitudası 3-dən yuxarı olan 74 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-si hiss olunub”, - deyə Q.Yetirmişli bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər