Sabah Bakı ətrafı ərazilərdə sulu qar yağacağı gözlənilir

Sabah Bakı ətrafı ərazilərdə sulu qar yağacağı gözlənilir
  • Cəmiyyət

  • Azərbaycanda dekabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

    Dekabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 4-7° isti, dağlarda gecə 4-9°, gündüz 0-4° şaxta olacağı ehtimal edilir. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 24-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər