“Gəncə Şərab-2” şirkəti “YAŞAT” Fonduna 100 min manat köçürüb

“Gəncə Şərab-2” şirkəti “YAŞAT” Fonduna 100 min manat köçürüb
  • Cəmiyyət

  • “Gəncə Şərab-2” şirkəti Qarabağda yaralanan və şəhid olanların ailələrinin sosial təminatını yaxşılaşdırmaq üçün “YAŞAT” Fonduna 100 min manat ianə köçürüb.

    Şirkətdən LEQAL.AZ-a bildirilib ki, eləcə də Gəncədə raket hücumu zamanı evi dağılan müəssisənin əməkdaşına 5 min manat, döyüşlərdə iştirak edən əsgərlərin ailələrinə 2100 manat, Vətən müharibəsində iştirak edən 5 əməkdaşın hər birinə 250 manat olmaqla 1250 manat, 4 nəfərə isə 400 manata qədər hər ay əməkhaqqı ödənilir. Şirkət Gəncə Hərbi Hospitalına yardımlar edib, o cümlədən əsgərlərimizin isti geyimlərlə təmin olunması, müharibə zonasına əhəmiyyətli yüklərin çatdırılması və eləcə də oradan mühüm yüklərin çıxarılmasını həyata keçirib. Yük maşınlarını ordumuzun istifadəsinə verən bu müəssisə Gəncənin şəhid övladlarının ailəsinə öz dəstəyini göstərməkdə davam edir.

    Qeyd edək ki, “Gəncə Şərab-2” pandemiya ilə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat, İkinci Qarabağ müharibəsi ilə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manat köçürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər