“YAŞAT” Fonduna ianə edən vətəndaşların nəzərinə!

“YAŞAT” Fonduna ianə edən vətəndaşların nəzərinə!
  • Cəmiyyət

  • Son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, həmin linklərdə, sosial şəbəkələrdəki paylaşımlarda tamamilə təhrif olunmuş məlumatlar əks olunur.

    Agentlik bildirir ki, bu cür addımların həyata keçirilməsi yolverilməzdir və həmin şəxslər barəsində qanunauyğun, tam ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək.

    Bu cür hallarla qarşılaşan vətəndaşlarımızdan xahiş olunur ki, “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələrinə və 108 “Çağrı” Mərkəzinə müraciət etsinlər.

    “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələri aşağıdakılardır:
    “Facebook” - https://www.facebook.com/YASHATFondu 
    “İnstagram”- https://www.instagram.com/yashatfondu/ 
    “Twitter” - https://twitter.com/yashat_fondu 
    “Linkedin” - www.linkedin.com/company/yaşat-fondu/ 

    Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, SMS vasitəsilə, bank köçürməsi vasitəsilə və ödəmə terminalları vasitəsilə toplanılacaq. Hazırda “ASAN ödəniş” portalı vasitəsilə də Fonda ianə göndərmək mümkündür. Keçid: https://asanpay.az/  

    “YAŞAT” Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493  keçidi vasitəsilə tanış olmaq olar.
    PAYLAŞ:

    Oxşar xəbərlər