Şəhid tankçı Elçin

Şəhid tankçı Elçin
  • Cəmiyyət

  • İkinci Qarabağ müharibəsində Azərbaycanın ümumilikdə, 2783 hərbi qulluqçusu şəhid olub. Şəhid olanlar arasında Aprel döyüşlərində iştirak etmiş hərbiçilər də var.

    LEQAL.AZ  bildiri ki, Tankçı şəhid Süleymanov Elçin Tehran oğlu da Aprel döyüşlərində iştirak etmişdir.

    Şəhidimiz Süleymanov Elçin 29.11.1991-ci ilde Füzuli Rayonu  Böyük Bəhmənli kəndində anadan olmuşdur. 1998-ci ildə Allahyar Əliyev adına 2 saylı orta məktəbin birinci sinfinə getmişdir. 2009-cu ildə orta məktəbi bitirmişdir. 2010-cu ilin yanvarın 2-si hərbi xidmətə getmişdir. 2011-ci ilin iyul ayında hərbi xidmətdən gəlmişdir. 2014-cu ilin mart ayının 14-də könüllü surətdə müddətdən artıq xidmət etmək üçün hərbiyə qayıtmışdır. 2016-cı ilde Aprel döyüşlərinin yaxından iştirakçısı olmuşdur. 2020-ci ilin sentyabr ayının 30-da İkinci Vətən müharibəsinin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin 15 Dekabr 2020-ci il sərəncamına əsasən Süleymanov Elçin Tehran oğlu " Vətən Uğrunda" Ordeni ilə təltif edilmişdir.

    Əminə Elaydın 
    PAYLAŞ:

    Oxşar xəbərlər