Azərbaycanda koronavirus infeksiyasına daha 4077 yoluxma faktı qeydə alınıb, 3854 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına daha 4077 yoluxma faktı qeydə alınıb, 3854 nəfər sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4077 yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 187 min 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 122 min 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib. Aktiv xəstə sayı 62427 nəfərdir.

    Ötən müddət ərzində 1 milyon 998 min 577 test aparılıb. Bugünkü test sayı isə 17998-dir.
    PAYLAŞ:

    Oxşar xəbərlər