Qazi Maarif Vəliyev iş yerində coşqu ilə qarşılanıb

Qazi Maarif Vəliyev iş yerində coşqu ilə qarşılanıb
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı, Vətən müharibəsində möhtəşəm Zəfərimizin qəhrəmanlarından biri olan Vəliyev Maarif Vəli oğlu hərbi xidmətini şərəflə yerinə yetirərək mülki həyatına geri dönüb.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, əmək fəaliyyətinə davam etmək üçün iş yerinə qayıdan Maarifi xidmətin kollektivi böyük coşqu və ruh yüksəkliyi ilə qarşılayıb. Xidmətin rəhbərliyi və işçi heyəti ona göstərdiyi şücaətə görə xüsusi təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Qeyd edək ki, M.Vəliyev Cəbrayıl uğrunda döyüşlərdə yaralanmışdı.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən 81 əməkdaş səfərbərlik çərçivəsində hərbi hissələrə yola salınıb və ərazilərimizin azad edilməsi istiqamətində Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda iştirak edib.

    Qələbəmizin qəhrəmanları ilə qürur duyuruq!

    PAYLAŞ:

    Oxşar xəbərlər