Azərbaycan Respublikasının Daxili İşlər Naziri çox hörmətli General-Polkovnik Vilayət Eyvazov cənabları!
Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş komandanı Xilaskar Ulu Öndər Heydər Əliyevin Tarix yazan oğlu Cənab
Prezident İlham Əliyev tərəfindən “Zəfər Ordeni” ilə təltif edilməniz münasibəti ilə Azərbaycan Respublikasının Kütləvi İnformasiya vasitələri baş redaktoru olduğum 102-ci Qəzetin əməkdaşları Xələf Nəbiyev, Səfər İdrisov, Pərviz Fərhadov, Gündüz Xuduyev, Əfqan İsgəndərov, Fərid Gülaxmedov və s. əməkdaşları adından səmimi qəlbdən təbrik edir, sizə uzun ömür can sağlığı arzu edirik.
102-ci Qəzet 2017-ci ildən təsis edildiyi gündən bu günə kimi Azərbaycan polisinin şərəf və ləyaqətli xidmətini hər zaman işıqlandırmış və yanında olmuşdur. 2020-ci il 23 martdan etibarən Respublikasında Covid-19 pandemiyasının yayıldığı gündən Azərbaycan polisi xüsusi karantin postları qurulmasına nəzarət edir və bugünkü gündədək nəzarət etməkdədir. Redaksiyamızın əməkdaşları xüsusi pandemiya zamanıda heç vaxt Azərbaycan polisini tək qoymadı və dəstək oldular. Azərbaycan polisləri öz qanı - canı bahasına virus demədən qorxu bilmədən bugünkü gündə 24/7 pandemiya ilə mübarizə aparırlar. Vətən uğrunda gedən döyüşlər zamanı Cənab Prezident İlham Əliyev ölkədə hərbi vəziyyət elan etdi və xüsusi vurğlamaq lazımdır ki, komendant saatının tədbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsi DİN rəhbərliyinə həvalə edildi. Şanlı müzəffər Azərbaycan əsgəri ilə yanaşı polisində qələbə zəfərində xidməti böyük olduğunu heç birimiz unutmamalıyıq. Çünki hərbi vəziyyət elan edilmiş komendant saatı tətbiq edilmiş bir ölkədə polisin 24/7 ayıq - sayıqlığı və peşakarlığı nəticəsində şükürlər olsun ki, ölkəmizdə heç bir terror aktına yol verilmədi.
Hamımızın qan yaddaşı olan I Vətən Müharibəsi zamani 1994-cü ildə 20 Yanvar metro stansiyasında törədilmiş hadisələri buna misaldır. II Vətən müharibəsində zəfər çalmağımız münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirik. Qanı - canı bahasına işğalda olan torpaqları azad edərək bizə hədiyyə etdilər. Hər bir Azərbaycan Respublikasının vətəndaşı azad edilmiş torpaqlarda gəzərkən unutmamalıdırki o torpaqların altında igidlər yatır. Onların ruhu qarşısında baş əyirik və Allahdan rəhmət diləyirik. Qazilərimizə Allahdan şəfa diləyirik və onlarla fəxr edirik! Həm şəhidlər , həm qazilər, bizim fəxr yerimizdir.
Tural Kəlbəcərli
"102-ci qəzet" in baş redaktoru