Koronavirusa yoluxduğunu bildiyi halda həmkəndliləri ilə söhbət edən Füzuli rayon sakini barəsində cinayət işi başlanıb

Koronavirusa yoluxduğunu bildiyi halda həmkəndliləri  ilə söhbət edən Füzuli rayon sakini barəsində cinayət işi başlanıb
  • Cəmiyyət

  • Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

    Füzuli Rayon Prokurorluğunun LEQAL.AZ-a daxil olan məlumatında bildirilib ki, noyabrın 20-də COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsi pozitiv olan rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 27-də rayonun Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

    Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə göndərilib.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər