Ali Baş Komandanımızın qətiyyətli, uğurlu siyasi addımları və Azərbaycanın igid oğullarının canı-qanı bahasına iştirak etdikləri İkinci Qarabağ müharibəsi Azərbaycanın ermənilər üzərində qələbəsi ilə nəticələndi.
LEQAL.AZ bildirir ki, İkinci Qarabağ savaşında Azərbaycan oğulları könüllü olaraq iştirak etdilər. Döyüşlərdə iştirak edənlərdən biri də 31 may 1995-ci il doğumlu Elvin Azər oğlu Nəsirov oldu. O, müharibə zamanı Fizuli, Cəbrayıl döyüşlərində qəhrəmancasına savaşmışdır. Elvin Nəsirov döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış, sağ gicgahından, gözaltı almacıq sümüyündən qəlpə yarası almışdır.
Qazimiz müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunaraq, dekabrın 10-da öz evinə qayıdıb.
Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu qələbə ilə artıq Azərbaycan yeni mərhələyə başlayır.
Əminə Elaydın