“Siyasətin zəfər çaldı, Ulu Öndər” mövzusunda onlayn tədbir keçirilib

“Siyasətin zəfər çaldı, Ulu Öndər” mövzusunda onlayn tədbir keçirilib
  • Cəmiyyət

  • Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü münasibətilə Füzuli rayonunda onlayn formatda “Siyasətin zəfər çaldı, Ulu Öndər” adlı tədbir keçirilib.

    azərtac-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri mövzu ətrafında hazırladıqları təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə ekskursiya edən şagirdlər Ulu Öndərin Füzuli rayonuna olan səfərlərindən, uğurlu “Horadiz” əməliyyatından söz açıblar. Ermənistanın işğalı altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı qələbə nəticəsində azad edilməsini böyük fəxr və qürurla vurğulayan gənclər, bu qələbənin uğurlu, düşünülmüş Ulu Öndər siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıblar. Təqdimatlarını “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirən şagirdlər ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim əziz tutacaqlarını, ehtiramla yad edəcəklərini, dahi liderin yolunun layiqli yolçuları olmaq üçün əzmlə çalışacaqlarını vurğulayıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər