Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları “YAŞAT” Fonduna vəsait köçürüblər

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları “YAŞAT” Fonduna vəsait köçürüblər
  • Cəmiyyət

  • Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən müharibəsində şücaətlə iştirak etmiş qəhrəmanlarımız və onların ailələrinin sosial müdafiəsi və rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub.

    Ali Məhkəmənin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara dəstəyini bildirərək “Yaşat” Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər