Xəzərin Dağıstan sahillərində suitilərin ölümü ilə bağlı məsələyə aydınlıq gətirilib

Xəzərin Dağıstan sahillərində suitilərin ölümü ilə bağlı məsələyə aydınlıq gətirilib
  • Cəmiyyət

  • “Suitilərin digər səbəbdən, suyun çirklənməsinin təsirindən ölməsi versiyası isə az məntiqlidir. Çünki bu halda digər dəniz canlılarının da kütləvi ölümü qeydə alınardı. Bu versiyanın təsdiqi üçün suiti cəsədlərinin daxili orqanlarından nümunələr götürülməli və toksikoloji analizlər aparılmalıdır. Odur ki, Dağıstan sahillərində suitilərin kütləvi ölümünün əsas səbəbini qanunsuz balıq ovu və brakonyerliklə əlaqələndirmək daha məntiqli görünür".

    LEQAL.AZ xəbər verir ki, Xidmətin rəsmisi onu da qeyd edib ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitisinin sayı XX əsrin əvvəllərində təqribən 1 milyon fərd təşkil edib, hazırda isə onların ümumi sayı təqribən 111 mindir.

    “Suitilərin azalması əsasən 1997-ci ildən müşahidə olunur. Rusiya mütəxəssisləri ehtimal edir ki, suitilərin məhv olmasına səbəb qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər