2020-ci il dekabrın 14-də saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.
Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.