Döyüş təyyarə və helikopterləri Qələbə paradına hazırlıq məqsədilə Bakı səmasında uçuşlar keçirir - YENİLƏNİB

Döyüş təyyarə və helikopterləri Qələbə paradına hazırlıq məqsədilə Bakı səmasında uçuşlar keçirir - YENİLƏNİB
  • Cəmiyyət / Maraqlı

  • Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçirir.

    Bu barədə apa-ya Müdafiə Nazirliyindən bildirilib.

    Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

    Silahlı Qüvvələrin hərbi təyyarələri parada hazırlıq məqsədilə bu gün Bakı buxtası üzərində uçuşlar keçirib.

    Qeyd edək ki, dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

    Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər