İmişli rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Sevda Quliyeva polis əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, araşdırmalar zamanı Sevda Quliyevanın İmişli rayonunda yaşayan sakinləri dələduzluq edərək müxtəlif bəhanələrlə aldatması nəticəsində ayrı-ayrı vətəndaşlara 90 min manatdan artıq məbləğdə ziyan vurduğu müəyyən edilib.
S.Quliyevanın analoji cinayətlər törətdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və İmişli Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.