Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.
Bu barədə LEQAL.AZ-a Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib.
Ağacəkmə aksiyasına Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də qatılıb.
Ümumilikdə keçirilmiş ağacəkmə aksiyasında 650 ədəd ağac əkilib.