
Məlum olduğu kimi Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi ilə diqqət mərkəzindədir. Bu tədbirlərdə bəşəriyyətinin diqqətinin xüsusilə dünyadakı aktual problemlərin həllinə, vacib məsələlərinin müzakirəsinə yönəldildiyini xatırlasaq qeyd edə bilərik ki, Azərbaycan bu gün dünyadakı problemlərin həllinin axtarılmasında da vasitəçi kimi ön sıralarda dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Ümumiyyətlə, bu vaxta qədər keçirilmiş Qlobal Bakı Forumları həm iştirkaçıların geniş kontingenti, həm də müzakirə edilən məsələlərin aktuallığı baxımından hər zaman dünyanın diqqət mərkəzində olub. Elə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu da bu baxımdan xüsusi önəm kəsb edir. Çünki bu Forumda adından da göründüyü kimi yeni dünya düzəni, o cümlədən yeni geosiyasi vəziyyət müzakirə olunur. Təbii ki, yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da beynəlxalq tədbirin diqqət mərkəzindəki məsələlərdir.
Forumun əhəmiyyəti çox böyükdür və xüsusilə də indiki vaxtda seçilmiş mövzu sözün həqiqi mənasında dünyanı narahat edən məsələləri özündə ifadə edir.Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır.
Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir.
Bundan başqa, dünyanın bir sıra problemləri ilə bağlı məsələlər də paytaxtda gündəmə gətirilmişdir. Bu dəfə keçirilən 12-ci Qlobal Bakı Forumu isə başqa bir formada fərqlənir. Artıq Azərbaycan qalib ölkə kimi hal-hazırda sülh yaratma prosesinin gedişatı ilə bağlı dövlət başçısı səviyyəsində dünya ictimaiyyətinə məlumat verilir. Bu prosesdə Azərbaycanın mövqeyi ifadə olunur.
Cənab prezidentin də bildirdiyi kimi baxmayaraq ki, Azərbaycan öz torpaqlarını azad edib, müharibədə qalib gəlib. 30 illik işğal faktını Azərbaycan dövləti və Azərbaycan ictimaiyyəti unutmaq niyyətində deyil. Bundan başqa, forumda dünyanın qaynar nöqtələrində gedən müharibələr də müzakirə olunur: istər Rusya - Ukrayna, istərsə də İsrail - Qəzza bölgəsində baş verən hadisələr fərqli rakurslardan müzakirəyə çıxarılır. Yəni, burada Azərbaycan hansısa tərəfə ağırlıq verərək birtərəfli qaydada müzakirələrə imkan vermir və burada hərtərəfdən olan insanlar öz fikirlərini açıqlayırlar beynəlxalq platformada. Bu baxımdan hesab etmək olar ki, hal-hazırda da dünyanın diqqət mərkəzində olan məsələlərdə, müzakirə yerlərindən biri elə Qlobal Bakı Forumudur.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi