Qazaxıstanın Aktau şəhərində görkəmli dombra ifaçısı və bəstəkar Murat Oskenbayulinin 120 illiyinə həsr olunan III Beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib.
Leqal.az xəbər verir ki, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Pərviz Fərhadov müsabiqədə fəxri qonaq qismində iştirak edib.
Kamançaçı müsabiqə çərçivəsində orkestrlə uğurlu ifasına görə təşkilat komitəsi tərəfindən fəxri diplom və pul mükafatı ilə təltif olunub.
P.Fərhadova Qazaxıstanda xalq çalğı alətləri ilə birgə Azərbaycan musiqi əsərlərindən ibarət konsert verməklə bağlı təklif edilib, bu barədə fikir mübadiləsi aparılıb.
Musiqiçimizə Qazaxıstanın Xalq artistləri, Qazaxıstan Xalq çalğı alətləri ilə birgə Azərbaycan əsərlərindən ibarət konsert verməyi təklif etmişlər və konsert haqqında sənət barədə müzakirə aparmışlar.
Qeyd edək ki, Pərviz Fərhadov vətənə qayıdandan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə yeni təyinat almış əməkdar incəsənət xadimi, professor Kamilə xanım Dadaşzadə ilə öz səfər təəssüratını bölüşüb.