Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edərək mühüm açıqlamalar verdi. Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm.
Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Naxçıvan Sazişi haqqında danışan dövlət başçısı qeyd etdi ki, bu saziş Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur. Həmçinin, bu əməkdaşlıq, dünya miqyasında Türk dövlətlərinin beynəlxalq təsirini artırır. Gələcəkdə isə daha da çox sahədə birgə layihələrin həyata keçirilməsi, regional inteqrasiyanın dərinləşməsi və yeni iqtisadi dəhlizlərin yaradılması gözlənilir. Bu inkişafın nəticəsi olaraq, Türk Dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi və birgə əməkdaşlıq platformalarının genişlənməsi, bu dövlətlərin gələcəkdə daha da yaxınlaşmasına imkan yaradacaq.
Zamin Əlili,
Masallı şəhəri, fəal gənc