Qaradağ rayonunda  Müstəqilliyin Bərpası günü ilə əlaqədar tədbir keçirilib

Qaradağ rayonunda  Müstəqilliyin Bərpası günü ilə əlaqədar tədbir keçirilib
  • Cəmiyyət

  • Bu gün Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının böyük akt zalında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Qaradağ rayon İcra Hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının və Ə.Əmirov adına Mədəniyyət Sarayının birlikdə təşkil etdiyi “Müstəqilliyin bərpasından Xankəndinə gedən uzun yol – artıq Azərbaycanın müstəqiliiyi əbədi və dönməzdir” adlı təntənəli yığıncaq keçirilib.
    Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, İcra hakimiyyətinin və YAP rayon təşkilatı aparatının əməkdaşları, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Ə.Əmirov adına Mədəniyyət Sarayının foyesində yerləşən abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramalrını bildiriblər. 

    Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra “18 Oktyabr – Dövlət Müstəqilliyini Bərpası Günü” adılı videoçarx nümayiş etdirilib.

    Tədbirdə çıxış edən YAP  Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının müstəqillik uğrunda uzun illər davam edən mübarizəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, tarix boyu öz ərazilərində bir çox dövlətləri yaradan Azərbaycan xalqı tarixə bir neçə imperiyanın yaradıcısı kimi də düşüb. Həmin imperiyalar böyük əraziləri əhatə etsələr də, 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra XVIII əsrin ortalarında parçalanmaya məruz qalmış və bu ərazilərdə 30-a qədər xanlıqlar yaranıb. Bu səbəbdən də qonşu dövlətlər tərəfindən zəbt edilərək 1813  və 1828-ci illərdən dövlətçiliyini itirib, onun bir hissəsi Car Rusiyasının tərkibinə daxil edilib, bir hissəsi isə İranın tərkibində qalıb. 1917-ci ilin Fevral inqilabından sonra  yenidən müstəqillik qazanan xalqımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratsa da, bu dövlət cəmi 23 ay yaşaya bilib. Sonra Azərbaycan Sovet Respublikası elan edilib və 1922-ci ilin dekabrında SSRİ-nin tərkibinə daxil olub. XX əsrin 80-ci illərinin sonlarında yaranmış tarixi şərait nəticəsində 1991-ci ilin dekabrın 25-də SSRİ dağılandan sonra xalqımız yenidən öz dövlət müstəqilliyini bərpa etmək şansı qazanaraq onu 1991-ci il oktaybrın 18-də bərpa etmişdir. 

    Natiq daha sonra müstəqilliyimizin ilk illərində xalqımızın və dövlətimizin başına gətirilən faciələrdən söhbət açaraq orta və yaşlı nəslin dölət müstəqilliyinin bərpasının ilk illərində ölkədə yaranmış xaosu, özbaşınalığı, ərazilərimizin işğalını və tənəzzülü yaxşı xatırladığını söyləyib. YAP rayon təşkilatının sədri xalqımızı bu fəlakət və bəlalardan  Ulu öndər Heydər Əliyevin qurtardığını, prezident İlham Əliyevin rəhbərlik etdiyi son 21 ildə isə Azərbaycanın  sürətli inkişaf yoluna çıxarıldığını,ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini bildirib. 

    Qafar Əliyev xüsusi vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin, ərazilərin işğaldan azad olunmasının, suverenliyimizin tam bərpasının kökündə məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanın və  dövlətimizin hazırkı başçısı, YAP sədri İlham Əliyev tərəfindən onun uğurla həyata keçirilməsi dayanır. 
    Yığıncaq iştirakçılarını bayram münasibətilə səmimi qəlbdən təbrik edən YAP rayon təşkilatının sədri qarşıda Azərbaycanı daha böyük uğurların və xoşbəxt gələcəyin gözlədiyini bildirib.
    Tədbirdə çıxış edən məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində xalqımzın qarşılaşdığı özbaşınalıq, xaos, vətəndaş müharibəsi, iqtisadi tənəzzül barədə ətarflı danışıb.

     Həmin vaxt ziyalılardan bir qrupunun bütün bu fəlakətlərdən çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördüyünü bildirən Munis Bayramov onların bu məqsədlə Naxçıvana gedərək Ümummili liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdıqlarını xatırladıb. 1993-2003-cü illəri Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri adlandıran şöbə müdiri məhz həmin vaxt atəşkəsə nail olunmasının, “Əsrin müqaviləsi”nin imzalanmasının, aparılan islahatların bugünkü uğurlara yol açdığını bildirib. 2003-cü ildə dövlətimizin başçısı seçilən İlham Əliyevin ətrafında xalqımızın bir yumruq kimi birləşdiyini vurğulayan M.Bayramov məhz bu həmrəylik nəticəsində Azərbaycanın daha böyük uğurlara imza atdığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini xüsusi qeyd edib. O,tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək gələcək fəakliyyətlərində onlara uğurlar arzulayıb. 

    Təntənəli yığıncağın bədii proqramla davam edən ikinci hissəsində tanınmış ifaçıların və Qaradağ rayonunda fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri şagirdlərinin ana Vətənə, doğma yurda həsr olunmuş mahnı və rəqsləri yığıncaq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.












    PAYLAŞ:

    Oxşar xəbərlər