Azərbaycan Prezidenti çıxışında dünyaya bir sıra mesajlar verdi, önəmli məsələlərə toxundu 

Azərbaycan Prezidenti çıxışında dünyaya bir sıra mesajlar verdi, önəmli məsələlərə toxundu 
  • Cəmiyyət

  • İki ölkə arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində qurulub. Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi 1992-ci ildə, Rusiyanın Azərbaycandakı Səfirliyi 1992-ci ildə təsis olunub. 2004-ci ildə Azərbaycanın Sankt-Peterburq, 2010-cu ildə Yekaterinburq şəhərlərində Baş Konsulluqları açılıb. Son dövrlər iki ölkə arasında siyasi əlaqələr yüksələn xətlə inkişaf edib.Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır. Xüsusən  son illərdə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Məhz iki ölkənin prezidentlərinin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb.  Hazırda Azərbaycan-Rusiya münasibətləri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar və hərbi sahələrə qədər geniş spektri əhatə edir. İndiyədək Azərbaycanla Rusiya arasında müxtəlif sahələrə dair sənədlər imzalanıb.Bütün bunlar göstərir ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki dövlət arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Prezident İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfər də bunu təsdiqləyir. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
                 
    İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etdi. Azərbaycan Prezidenti çıxışında dünyaya bir sıra mesajlar verdi, önəmli məsələlərə toxundu. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. buna misaldır.
                     
    Məlum olduğu kimi hazırda Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bunun üçün artıq silsilə tədbirlər başlayıb, COP29 çərçivəsində görüşlər baş tutur. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, yenə də bəzi dövlətləri qıcıqlandırıb. Xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək və Azərbaycan daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

    200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.
    Azərbaycan prezidentinin xalqımızın İkinci Dünya müharibəsi qələbəsində mühüm rolunu qeyd etməsi də önəmli bir nüans idi. Prezident Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək aşağıdakıları söylədi:“Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar”.

    Möhtərəm Prezident bildirdi ki, 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu: “Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.



    Əntiqə Tağıyeva, 
    YAP fəalı.

    PAYLAŞ:

    Oxşar xəbərlər