- Vüsal bəy, təbrik edirik. Uğurunuzla ən azı sizin qədər biz də fəxr edirik. Necə oldu ki, yolunuz İsveçrəyə düşdü?
Əslində fikrimdə iki ölkə var idi: ABŞ və İsveçrə. Yüksək təhsil sistemindən əlavə bu iki ölkə nədənsə məni özünə daha çox cəlb edirdi. Lakin seçimim İsveçrə oldu. Fikirləşdim ki, bu ölkədə imkanlar daha genişdir və öyrənəcəklərim də daha çox olacaq. Aldığım təhsil və təcrübə qərarımda yanılmadığımı göstərdi.
- Minlərlə müraciətçinin arasından seçilmək həm də böyük şansdır, razılaşırsınızmı bununla?
Tamamilə razıyam. Bu baxımdan özümü çox şanslı hiss edirəm. Ona görə ki, dünyanın dörd bir yanından 10 minə yaxın insan bu universitetdə magistr oxumaq üçün müarciət edir, amma cəmi 900 nəfər seçirlər. Bu, 20 faizin altında bir qəbul göstərcisidir. Seçilənlərin sırasında olduğum üçün özümü çox şanslı hiss edirəm. Həm də düşünürəm ki, bu, əziyyətimin bəhrəsidir. Çox şükür edirəm ki, illərimin zəhməti yerdə qalmadı
- Məzun olduqdan sonra İsveçrədə qalıb, orada fəaliyyət göstərmək planlarınız var, yoxsa qətiyyətlə “vətənə dönəcəyəm” deyirsiniz?
Mənim əsas planım İsveçrədə olduğum müddətdə də təcrübə yığmağımdır. Ümumiyyətlə, qısa müddətdə qlobal şirkətlərin təcrübələrini maksimum dərəcədə mənimsəməyi, koorparativ təcrübə topalamağı hədəfləyirəm. Təhsilimi başa vurub təcrübə topladıqdan 2 il sonra əlbəttə ki, Azərbaycana qayıtmağı planlaşdırıram. Yəni İsveçrədə topladığım qlobal təcrübələri Azərbaycanda tətbiq etməyi hədəfləyirəm.
- Vüsal bəy, siz həm də Qərbi Azərbaycan İcmasının üzvüsünüz. Yəqin ki, təcrübələrinizdən Qərbi Azərbaycana problemini dünya arenasına çıxarılmasında da istifadə edəcəksiniz...
Doğrudur, mən Qərbi Azərbaycanlıyam, həm də İcmanın Qərbi Azərbaycanlı olmağımla həmişə fəxr edirəm. Auditoriya mənim siyasi məsələləri qaldıra biləcəyim arena deyil. Mənim arzularım, istəklərim sırf qazandığım təcrübələri, nəaliyyətlərimi vətənimdə tətbiq etməkdir.
- Müsahibə üçün təşəkkür edirəm
Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm!
Müsahibəni aldı: aparıcı, jurnalist Mələk Heydərova