44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda şərtsiz bərpa olundu və bununla da Konstitusiyada təsbit edilmiş insanların hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsi üçün real hüquqi zəmin yarandı.
Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, 7 fevral 2024-ci il tarixdə bütün ərazilərimizdə seçki keçirildi. 7 fevral növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
7 fevral 2024-cü il tarixdə müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq 86,6 kvadrat kilometr ərazisində, yəni bütün ölkə ərazisində prezident seçki keçirildi.
Azərbaycan həm də onu sübüt etdi ki, BMT tərəfindən tanınan bütün ərazilərində ilk dəfə azad şəraitdə seçki prosesi baş tutdu .
Azərbaycanda ilk suveren seçkinin keçirilməsi hüquqi dövlət quruculuğu prosesinin yüksək səviyyədə həyata keçirildiyini deməyə əsas verir. 7 fevral seçkiləri hüquqi dövlət quruculuğu sahəsində mühüm rol oynadı. Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq aləmdə ciddi müzakirə olundu, dünya mediası, dünyanın tanınmış ekspertləri bu seçki ilə bağlı əhəmiyyətli fikirlər səsləndirdilər.
Gürcüstan, Özbəkistan, Bolqarıstan, Avropa mediasında Azərbaycanda keçirilən seçkilər barədə geniş təhlili məqalələr çap olunmuşdu.. Bundan başqa xaricdəki Azərbaycan icmalarının nümayəndələri, eləcə də xarici ölkə ekspertləri ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilən seçkilər barədə çox müsbət fikirlər açıqlayıblar. Bu da şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin beynəlxalq aləmdə qəbul edilməsi, təsdiqlənməsi demək idi.
Parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilirdi. Bu məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşirdi və orada səsvermə hüququna malik 42 mindən artıq seçici var. Ümumiyyətlə respublika üzrə məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılmışdır.
Keçirilən seçkilərdə Azərbaycanın ərazi bütövlüyünün və bütün torpaqları üzərində suverenliyinin bərpası ilə əlamətdar olan yeni bir mərhələnin əsasını qoydu. Son 20 il ərzində Azərbaycanın dinamik inkişaf edən dövlətə çevrildiyini, müxtəlif sahələrdə böyük uğurlar qazandığını bilirik.
Avropa, bütünlükdə qərb, AŞPA və başqa təşkilatlar, onların əlində olan media resursları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə həmişə qısqanclıqla yanaşırlar. Azərbaycanın qalibiyyətini, torpaqları üzərində suverenliyini təmin etməsini həzm edə bilmirlər. Sözsüz bunu həzm edə bilməyənlər, qəbul etməyənlər üçün də bu tutarlı bir cavabdır. Dost ölkələr sevinir, Azərbaycanı istəyən dövlətlər bizim qalibiyyətimizə, keçirilən seçkilərə müsbət yanaşır, bizimlə həmrəy olduqlarını ifadə edirlər. Azərbaycanın uğrunu həzm edə bilməyən dövlətlər də təbii ki, öz münasibətlərini, əsl simalarını göstərirlər. Bu eyni zamanda onlara da tutarlı bir cavab olacaq ki Azərbaycan müstəqil, hüquqi, güclü bir dövlət olaraq qarşısına qoyduğu hədəflərə, məqsədlərə seçkiləri keçirməklə nail oldu, bundan sonra da bu belə davam edəcək
“Ali qanunverici orqana seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirik. Fikrimcə, Azərbaycanda 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra parlament seçkiləri ölkənin suverenliyinin bərpasının hüquqi legitimləşdirilməsi prosesini başa çatdırır”, -Rusiya Federasiya Şurasının müşahidə missiyasının rəhbəri - Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov bildirib.
Rusiyalı senator həm də vurğulayıb ki, Rusiyanın ətrafında çiçəklənən, suveren və güclü dövlətlərin olması çox vacibdir: “Biz Azərbaycanı məhz belə qəbul edirik”.
Seçkilərin nəticələri Azərbaycanın siyasi təhlükəsizliyi üçün xüsusi rola malik olmaqla, yanaşı həm də Cənubi Qafqazın həyatında da mühüm hadisə idi.
ƏFRAİL FƏRZİYEV
Masallı rayonu,
Yap veteranı