Dünya hərb tarixinə nümunə

Dünya hərb tarixinə nümunə
  • Cəmiyyət

  • Bir il öncə sentyabrın 19-da Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu.Ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara daim əl atırdılar.Hər dəfə müzəffər Ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını almışdı. Buna baxmayaraq, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək istəmirdilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı.Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmək istəmirdilər. Bir il öncə Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.Bəli Ali Baş Komandan “qisas  sabaha da qalmasın”  deyərək bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. 23 saatdan bir az çox davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı.
                   
    19–20 sentyabr 2023-cü il tarixlə¬rində cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı nəticəsində Xankəndi və ətrafındakı Ermənistan ordusunun hissələrinin müqavimə¬ti qırıldı və ölkə ərazisini tərk etməyə məcbur edildi. Bu, Ermənistanın Azər¬baycan qarşısında ikinci kapitulyasiya¬sı idi. Birinci kapitulyasiya 10 dekabr 2020-ci il paradı ilə qeyd edilmişdisə, ikinci kapitulyasiya 8 noyabr 2023-cü ildə Xankəndi paradı ilə qeyd edildi. 

    Möhtərəm Prezident cənab  İlham Əliyev 15 oktyabr 2023-cü ildə əvvəlcə Xocalıda, sonra isə Xankəndidə Azərbaycan bayrağı¬nı ucaltdı. Noyabrın 8-də Xankəndidə qələbə paradı keçirildi. Prezident İlham Əliyev paradda çıxışında demişdir: “biz tarixi ədaləti bərpa etdik. 20 sent¬yabr 2023-cü il bizim tariximizdə qala¬caq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün son¬ra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nə¬zarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bunun¬la separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olma¬yacaq”. 
                 
    24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu.
    Bəli indi Qarabağımız yenidən qurulur və inkişaf etdirilir.Üçrəngli Bayrağımız qururla Qarabağımızda dalğalanır. Bunu bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev cənablarına,Müzəffər Ordumuza,şəhidlərimizə minnətdarıq.
     
    Şəhidlərimizin ruhu qarşısında baş əyirik.




    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər