Naxçıvanın muxtariyyəti unikal bir siyasi-inzibati təzahürdür

Naxçıvanın muxtariyyəti unikal bir siyasi-inzibati təzahürdür
  • Cəmiyyət

  • Naxçıvanın 100 illik muxtariyyət tarixinin böyük hissəsi sovet hakimiyyəti dövrünə düşüb. Yəni Azərbaycanla birlikdə Naxçıvan da SSRİ ittifaqının tərkibində olub. Bu zaman SSRİ-nin bütün subyektləri ilə təxminən eyni səviyyədə inkişaf edib. Amma Azərbaycanın SSRİ-də yüksək iqtisadi göstəricilərə malik olması Naxçıvanın da digər ittifaq subyektlərindən nisbətən yaxşı vəziyyətdə olmasını şərtləndirib. 

    Naxçıvanın əsas inkişaf dövrü olaraq Azərbaycanın müstəqilliyinin elan olunmasından sonrakı dövrü nəzərdə tutaraq danışa bilərik. Xüsusilə də 1993-cü ildən bu günə Azərbaycanın və onun tərkibində Naxçıvanın tərkibində abadlaşması haqqında danışmaq mümkündür.
    Naxçıvanın son 20-25 il ərzində abadlaşması diqqət çəkən bir məsələdir: "Muxtar Respublikanın abadlaşması yerində olsa da, buradakı olduqca sərt

    idarəçilik təxminən 30 ilə yaxın bir dövr ərzində Naxçıvanın sosial-iqtisadi inkişafında, yerli sahibkarlığın inkişafında, xarici investisiyaların, turistlərin cəlbində nəzərə çarpacaq dərəcədə maneələr yaradıb. 

    Təhlillər göstərir ki, əgər Naxçıvanın Muxtar respublika olaraq son 30 illik dövrü bəlli hakimiyyətin dövrü olmasaydı, Muxtar respublikaya qeyd etdiyim istiqamətlərdə daha böyük uğurlar gələ bilərdi. Xarici investisiyaların cəlbi, əhalinin iqtisadi aktivliyinin artırılması, xarici turizmin cəlbi, yerli sahibkarlığın inkişafı baxımından daha böyük uğurlar əldə edilə bilərdi. 

    Amma təəssüf ki, 2022-ci ilin dekabrına qədər davam edən, Azərbaycandan tamamilə fərqli sərt yerli idarə üsulu bu amillərin gerçəkləşməsinə imkan vermədi. Ümid etmək olar ki, Naxçıvanın bundan sonrakı inkişafında əhəmiyyətli irəliləyişlər olacaq.  
    Çünki Naxçıvan müxtəlif cəhətlərdən, iqtisadi, sosial, idarəçilik, inzibati nöqteyi nəzərdən Azərbaycanın bütün hakimiyyət strukturları ilə inteqrasiya dövrü yaşayır. Bu proses də son bir ildə başlayıb.

    1992-1993-cü illərdə Heydər Əliyevin orada Ali Məclisin sədri olduğu dövrlərdə Naxçıvanın təhlükəsizliyi və müdafiəsi sahəsində də mühüm addımlar atılıb ki, bu da muxtariyyət dövrünün ayrıca səhifələrindən biri sayılır: "Naxçıvanın muxtariyyəti unikal bir siyasi-inzibati təzahürdür. Fikrimcə, muxtariyyət Naxçıvanın müdafiə və təhlükəsizliyi üçün olduqca böyük təminatdır.   

    Gələcəkdə Naxçıvanın muxtar statusunun daha da möhkəmlənməsi və qorunub saxlanması onun müdafiəsinə və təhlükəsizliyinə olan təminatı daha da artırmış olacaq. Amma təcrübə göstərir ki, burada yerli hakimiyyətin özünü Azərbaycanın mərkəzi idarəçiliyindən ayırmaq cəhdləri olduqca yolverilməzdir. 

    Biz bunu bir dəfə təcrübədə gördük və yəqin ki, idarəçilik sistemindən bu nəzərə alınacaq ki, Naxçıvanın əlahiddələşməsi, idarəçilik nöqteyi-nəzərdən Azərbaycanın əsas sistemindən ayrılmasına imkan verilməyəcək. Bu Naxçıvanın inkişafında yeni mərhələnin açılmasında müsbət töhfələrini verəcək. 



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəss

    PAYLAŞ:

    Oxşar xəbərlər