Naxçıvanda ən yüksək səsi şəhid anası topladı

Naxçıvanda ən yüksək səsi şəhid anası topladı
  • Cəmiyyət / Maraqlı

  • Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb.


    Leqal.az qafqazinfo-ya istinadən xəbər verir ki, onların arasında ən yüksək səs toplayan 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır. Belə ki, namizəd 75,28% səs toplayıb.

    Tibbi bacısı işləyən G. Rüstəmova şəhid Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

    Digər ən yüksək səs faizi toplayanlar isə Məmmədov Bəxtiyar İbrahim oğlu (74,38), Abdullayev Qəzənfər İsmayıl oğlu (74,09) və Bayramov Mübariz Novruz oğludur (74,07).

    PAYLAŞ:

    Oxşar xəbərlər