Prezidentlə xanımı Kəlbəcərə getdi - YENİLƏNİB

Prezidentlə xanımı Kəlbəcərə getdi - YENİLƏNİB
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

    Leqal.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

    Leqal.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

    Leqal.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər