Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.
Leqal.az-ın xəbərinə görə, bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.
O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.
Məlumata görə, Qusar RİH başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.
Xatırladaq ki, S.Məmmədxanov bu ilin iyulun 8-i Qusarın icra başçısı təyin olunub.