Azərbaycanda tanınmış hakim vəfat edib.
Leqal.az xəbər verir ki, Məhkəmə Hüquq Şurasının keçmiş üzvü Mansur İbayev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.
Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.
2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.