Bu gün səhər saatlarında Ağcəbədi rayon sakini Hamlet Piriyev idarə etdiyi avtomobili ilə hamilə yoldaşını xəstəxanaya apararkən Saatlı rayonu ərazisində yolda çətinliklərlə üzləşib.
Leqal.az xəbər verir ki, o, ərazidə xidmət aparan Saatlı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarından kömək istəyib.
Yol polisi əməkdaşları xidməti avtomobilləri ilə onları müşayiət edərək vaxtında xəstəxanaya çatdırıblar. Həkimlərin də müdaxiləsi ilə qadına köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Vətəndaş göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib.
Hazırda ana və övladının vəziyyəti yaxşıdır.