İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda yerləşən “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsini ziyarət edib.
Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşdə Ramin Məmmədov din xadiminə yeni fəaliyyətində uğurlar arzu edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib. Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb.
Görüşdə əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparılıb.
Müəllif: leqal.az