Şuşa yenə də dünyanın diqqət mərkəzində oldu. Əllidən artıq ölkənin nümayəndələrinin təmsil olunduğu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi.
Forumda əsas məqamlar dezinformasiyanın təsiri, siyasət və təşəbbüslər, ən mühümü isə Prezident İlham Əliyevin çıxışı və tövsiyəsi oldu. O deyib ki, süni intellekt, media sahəsində məlumatlandırma və iqlim dəyişikliyi də müzakirə mövzusu oldu. Təbii ki, belə bir tədbirdə bütün diqqət dövlətimizin başçısının nitqinə, ona ünvanlanmış sualları cavablandırmasına, habelə həqiqəti cəsarətlə deməsinə yönəlir. Bu dəfə də gözlənilənlər baş verdi. Prezidentin səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbindir. Cəmiyyətimiz yenidənqurma, tikinti-bərpa işlərinə işlərə çox həvəslə yanaşır. Hətta bir sıra xarici ölkə şirkətləri də bu işlərə həvəslə girişiblər.
Dünya mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Azərbaycan uzun illər dezinformasiyanın qurbanı olub. Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı bütün erməni diasporu səfərbər oldu, ermənipərəst siyasətçilər, media nümayəndələri ölkəmizə qarşı hücuma keçdi, yalan məlumatlar yaymaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışdılar. Bununla da respublikamızı reallıqdan çox uzaq olan bir şəkildə, təcavüzkar dövlət kimi təqdim edirdilər. Medianın bu yalanları işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı.
Tədbir iştirakçlarında Azərbaycanın heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəni unutmayacağına inam ifadə olundu. Gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənubi Qafqaz ölkələri müharibə vəziyyətinə düşməsəydi, təbii ki, iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Bununla yanaşı, ölkəmiz “OPEC Plus” formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir.
Fransanın mediadan istifadə edərək ölkəmizi ittiham etməsini, guya, Azərbaycanın onların daxili işlərinə qarışmaq barəsində səsləndirdiyi fikirləri xatırladaraq bildirdi ki, bütün bunlar Fransanın uydurması, medianı feyk xəbərlər yaymağa məcbur edərək çətin vəziyyətə salmasıdır. Təəssüf ki, Avropa İttifaqında, BMT-də Azərbaycana qarşı soyuq müharibə əlamətləri özünü açıq şəkildə büruzə verir. Buna baxmayaraq, Azərbaycan kolonializmdən əziyyət çəkən xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis