Azərbaycanın enerji sahəsindəki strateji tərəfdaşlığı

Azərbaycanın enerji sahəsindəki strateji tərəfdaşlığı
  • Cəmiyyət

  • Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

    Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

    Azərbaycanın iqtisadi resursların tədarükündə əməkdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsiplərinə sadiqliyi regionda etibarlı və nüfuzu dövlət kimi iqtisadi komandaya cəlb etdiyi üzvlərin sayının artmasına səbəb olmaqdadır. Lap bu günlərdə, Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə çoxşaxəli və nümunəvi iqtisadi platforma yaratmaqla istər enerji sənayesində, istərsə də qeyri-neft sektorlarında region ölkələri ilə dərin iqtisadi inteqrasiyanı möhkəmləndirir, eyni zamanda, bu məqsədyönlü siyasət iqtisadi problemlərin böyük əksəriyyətinin həllinə imkan verir.

    Azərbaycan regionda və post-sovet mıəkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas sütunu neft və qaz nəqlidir və ölkəmiz Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə kimi Avropa bazarında etibarlı neft təchizatçısı kimi tərəfdaşa çevrilmiş respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz təminatında da koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib. 

    Azərbaycan enerji amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etməyib və enerji ixracını başqa ölkələrin iqtisadi təhlükəsizliyinin vacib kompomnenti kimi dəyərləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmizdə qaz hasilatı hər il artır və imkanlar genişləndikcə başqa ölkələrin də yanacaq təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülür, Azərbaycan çalışır ki, əlavə ehtiyatlar yanacaq qıtlığı çəkən dövlətlərə yönəldilsin. Azərbaycan Prezidenti qeyd edib ki, 50 milyard kubmetr hasilat gözlənilir. Onun bir hissəsi yenidən neft laylarına vurulacaq ki, oradan neft hasilatı daha da artsın, bir hissəsi daxili istehlaka yönəldiləcək, 25 milyard kubmetri isə dünya bazarlarına nəql olunacaq. Bu, təkcə mənfəət deyil. Bu, geosiyasi əhəmiyyətdir, bu sahə ilə yaxından tanış olanların hamısı yaxşı bilirlər ki, bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli amilidir. Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək... 

    Dövlətimizin başçısı Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bildirib ki, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.




    Qoşqar Məmmədağa oğlu Əliyev,
    YAP Masallı Rayon Təşkilatı üzrə Maliyyə Şöbəsi ərazi partiya təşkilatının sədr müavini.
    PAYLAŞ:

    Oxşar xəbərlər