Azərbaycan mühüm qaz təhcizatçısına çevrilmişdir

Azərbaycan mühüm qaz təhcizatçısına çevrilmişdir
  • Cəmiyyət

  • Enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təhcizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Əgər 2021-ci ildə Avropa qitəsində bizim qaz təhcizatımız ildə 8 milyard kubmetr idisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Hal-hazırda Azərbaycan təbii  qazını 8 ölkə alır. Onlardan beşi Avropa ittifaqının üzvüdür. İkisi isə ittifaqa daxil olnaq üçün namizəddirlər.

    Prezident İlham Əliyevin  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. . Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinişərtləndirən amilləri diqqətə çatdırdı.

    Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş vermişdir. Bir necə aya Azərbaycan Sloveniya bazarına daxil ola biləcək. Lahiyələrin icrası bizə imkan verəcək ki, Azərbaycan qazı daha çox Avropa ölkələrinə ixrac ediləcək.

    Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş adlandırmışdır. Azərbaycan yalnız Avropanı 2027-ci ilə qədər 20 milyard kubmetr qazla təhciz etmək üzrə öz öhtəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə cağırır.

    Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təhcizayımızın artırılması üzərində çalışmalıyıq. Cünki bizim İtaliyaya təhcizatımız 9 milyard kubmetrdirsə İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu sadəcə qaza olan tələbatın bir nümunəsidir.
    Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
             
    “Dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
    Qeyd etmək lazımdır ki, davamlı və sabit əməkdaşlıq üçün bizim lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var.
               
    20 il ərzində Azərbaycan tarixində ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi.
    İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə o cümlədən, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrıə nəql edir.Bir sıra ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox  faizini təşkil edir.
               
    Artıq 3 ildən artıqdır ki, Azərbaycan mühüm qaz təhcizatçısına çevrilib. Bizim qaz kəmərimiz   Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik  inteqrasiya edimiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təhcizata başladı.




    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər