XXI əsr Türk dünyasının inkişafı əsridir desək səhv etmərik. Məhz bu əsrdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması üçün geniş imkanlar yaranır. Türk dünyası böyük ailədir. Onun möhkəmləndirilməsi üzv ölkələrin səylərinin daha da birləşdirilməsindən, birgə addımların atılmasından asılıdır. Bu gün dünya bu birliyin, həmrəyliyin şahidinə çevrilib.
Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik Türk dövlətlərinin 7birləşdirilməsində mühüm rol oynayır. Hər birimiz çox gözəl anlayırıq ki, Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti vardır. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan bu gün regionun lider dövləti qismində çıxış edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində Türk birliyinin , bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacağını söyləməsi dünyafa türk birliyinin bu günkü və hətta gələcək taleyindən xəbər verir.
Son günlərdə Şuşanın şahidliyi ilə imzalanan Qarabağ Bəyannaməsi, eyni zamanda, qəbul olunan digər qərarlar bunun bariz nümunəsidir. Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi zirvə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən zirvəni bu il erməni işğalından azad olunmuş Şuşa şəhərində keçirilməsi türk dövlətlərinin qələbə və güc əzminin təsdiqi nümayişi olduğunu xüsusilə fərqlənməsidir. Respublikamızın başçısı İlham Əliyev çıxışı zamanı birmənalı şəkildə təşkilatın gücünə güc qatılmasının, qüdrətinin artırılmasının zəruriliyini vurğulayaraq, türk dövlətlərinin birgə icra etdikləri layihələrin icrasında daha böyük uğurun əldə olunması yolunun daha da genişlənməsini söyləmiş.
Artıq biz də şahidi oluruq ki, Azərbaycan ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu gün coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı yaradır. Beləcə bu siyasi görüşlər və əlaqəli çox tərəfli əməkdaşlıq müqavilələri ölkəmizin beynəlxalq arenada nüfuzu getdikcə artırır. Dünyadakı qlobal və çox şaxəli proseslərdə mövqeyimiz möhkəmlənir. Mövqeyimizin bu gün daha da güclənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin nəticəsidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları bir araya gətirir, dostluq, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Bu faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı üçün əhəmiyyətini daha da artmasını şərtləndirir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal faktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını açıq şəkildə şahidiyik. Düşmən tapdağından azad olunan ərazilərin bərpasına külli miqdarda vəsait sərf edən Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatının güclənməsinə maddi töhfəsini artırır.
Bu gün dünyada böyük siyasi güc oyunları, geosiyasi üstünlük uğrunda mübarizə gedir. Biz bunun əyani nümayişini, əhəmiyyətini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Şahid olduq ki, baş verən qlobal siyasi böhranlara, milli maraqlarımıza qarşı olan bütün güclərə türkün güclü birliyi ilə cavab vermək dövlətlərimizə əlavə qüvvət verir. Bizi hər zaman bütün sahələrdə qalib gəlirik. Çünki, ədalət , birlik və sülhün təmsilçisi kimi mövqey nümayiş edirik . Bu bizim mənəvi saflığımızdan qaynaqlanır. Artıq hər birimiz tam əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin hər birinin bu istiqamətdə yürütdüyü siyasət sayəsində möhkəmlənəcək, və hətta yaxın gələcəkdə daha da güclənəcək və "böyük türk dünyası ailəsi"nin həmrəyliyini mərkəzinə çevriləcəkdir.
Dilgüşə Məmmədova,
YAP fəalı