Şuşa Bəyannaməsi: Müdafiə sahəsində əməkdaşlıq tarixi nailiyyətdir

Şuşa Bəyannaməsi: Müdafiə sahəsində əməkdaşlıq tarixi nailiyyətdir
  • Cəmiyyət

  • Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mühüm sənəddir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında üç il əvvəlcə,  iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur.

    Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək  zirvəsi həmin il iyunun 15-də iki ölkə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanma prosesidir. Belə ki, hər iki ölkələrin əməkdaşlıq münasibətləri unikal müttəfiqlik nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və sair məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmlidir, diqqətli göstəricidir, gözəl, tarixi sənəddir.

    Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilir. Bu, tarixi bir məqam, müasir tariximizin uğurlu nailiyyətidir. Bu tarixi sənəd bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir amala qulluq edəcəyik, iki ürəkdə bir ürək olıacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib.

    Tarixi Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir pozulmaz sənəddir. Gözəl Qarabağımızda, hüsnünə min nəğmələr qoşulan Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini bir daha nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana bir mnəqsədli, dəqiq və açıq dəstək ifadəsini qeyd edib. Vətən müharibəsinin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil, bir birlikdəyik, yenilməzik, sarsılmaz dostlarıq. Bu qardaş sözü bizi ruhlandırdı, eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsinə müdaxilə etmək fikrində belə olan bütün qüvvələri, dairələri, bizə düşmən olan dövlətləri dayanmağa vadar etdi. Belə Vətən sınağında bizə dost olan ölkələri də tanıdıq, Pakistanlı qardaşlarımızın bizə əsl qardaş olduğununu sübutunu duyduq, hiss elədik tək deyilik...

    Bir daha bildirmək istəyirəm ki, Azərbaycanla Türkiyə qardaş, məslək dövlətləri arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafına daha da dəstək verəcək, gücümüzün üstündə hər zaman dost qollarını, dost qanadlarını görəcəyik. Eləcə də, Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli olan Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar tövsiyə edir. Sonrası da həmin tarixi qardaşlıq bəyənnaməsini Azərbaycanın, dövlətimizin siyasi, diplomatik və iqtisadi uğuru kimi qiymətləndirmək olar.

    Şuşa Bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artırmaqda davam edəcək, həmçinin Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki qardaş ölkə arasında — Azərbaycanla Türkiyə əlaqələrini daha da üstün zirvələrə ucaldır. Elə zirvəyə ki, bu zirvələrdə yalnız iki qardaş ölkə millətinə məxsus zirvələr nümünəsi görmək olar... 

    Yaşasın Azərbaycan — Türkiyə qardaşlığı!
    Yaşasın Azərbaycan Prezidenti cənab İlham Əliyev!
    Yaşasın Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan!
    Uca Allah bizim qardaşlıq birliyimizi əbədi eləsin, düşmənlərimiz xar olsun.





    Namik Ağayev,
    Yeni Azərbaycan Partiyası
    Masallı Rayon Təşkilatı
    Kollec ərazi təşkilatının sədr müavini.
    PAYLAŞ:

    Oxşar xəbərlər