Erməni vandallarının xalqımıza qarşı törətdiyi qırğın- Xocalı soyqırımı

Erməni   vandallarının   xalqımıza  qarşı    törətdiyi  qırğın-  Xocalı   soyqırımı
  • Cəmiyyət

  •  Azərbaycan    xalqı      öz  tarixində   dəfələrlə   erməni    soyqırımlarına    məruz   qalmışdır.    Bu  soyqırımları   həyata     keçirməkdə     erməni   quldurlarının    məqsədi      Azərbaycan xalqını  məhv  etmək    torpaqlarımızı    özünküləşdirmək     olmuşdur. Lakin  ölkəmizin  mərd oğul   və qızları    daim düşmənə layiq   olduğu   cavabı   vermişdilər. Ermənilər  isə  bu məğlubiyyətlərdən  heç  bir   nəticə  çıxarmadılar.Erməni   vandallarının   xalqımıza  qarşı    törətdiyi  qırğınlardan    biri  xocalı   soyqırımıdır. Soyqırım   baş  verəndə    şəhərdə  2000   əhali    yaşayırdı. Xocalı    soyqırımını    törətməkdə     ermənilərin    bir sıra     məqsədləri   vardı. Xocalı  şəhərində    olan tarixi  izlərimizi     silmək,  strateji    üstünlük   qazanmaq,  Şəhərdə olan    hava  limanını     ələ keçirmək    idi. Faciə   fevral    ayının     25-  dən     26  - na  keçən  gecə  ermənilərlə      rusların    366  - cı  motatıcı   olayının  iştirakı ilə   xalqəmıza    qarşı    törədilmişdir.  Bu  faciənin   törətməkdə  məqsəd    şəhərdəki    bütün   türk – müsəlman    əhalisini   məhv etmək   idi    uşaq  qadın,  qoca    demədən     azərbaycanlıları    qətlə   yetrilməyə   başlandı.  Bu qətliyam   nəticəsində     63  uşaq , 106    qadın,   70    qoca,   8 ailə   tamamilə     məhv edildi. Ümumilikdə     613   nəfər öldürüldü,   487   nəfər  yaralandı,  1275   nəfər   girov   götürüldü, 150     nəfər   itkin   düşdü .
           
    Bu   soyqırımın   planlı    şəkildə         törədilməsi    haqqında  bir   çox  faktlarda   vardır. Belə  ki,  şəhəri      tərk  etməyə   çalışan  əhali  əvvəlcədən   hazırlanmış   pusquları     salınaraq    məhv    edilmişdir.   Digər  bir fakt    1992   - ci ildə    Ermənistanda      prezident  olmuş   Per-   Petrisiyanın    erməni    ordusuna   müraciəti    də   bunu    subut    edir.  “Siz  ermənilər  düşməni   öldürərkən   ürəyiyumuşaqlıq   göstərməməlisiz ”    Dağlıq    Qarabağda   azərbaycanlıları   qırıb  qurtarana     və orada   öz  sivilizasiyamızı     bərqarar     edənə  qədər     sizin    düşmənə      yazığınız     gəlməməlidir”    Bu   fakt     sübüt   edir ki,  qırğın   əvvəlcəddən   planlaşdırılmışdır.  Xocalını    düşməndən  qorumaq üçün  azərbaycanlılar   düşmənə     qarşı   mərdliklə    mübarizə     aparmışdırlar.Əlif   Hacıyev, Tofiq    Hüseynov, Aqil    Quliyev,  Ələsgər  Novruzov      vətənləri    uğrundan     canlılardan    keçmişdilər. 
             
    Xocalı  soyqırımına   ilk   siyasi    qiyməti   Ulu   Öndər    vermişdir .  Belə  ki, 1993 – cü    ildə     hakimiyyətə   gəldikdən    sonra  Heydər   Əliyevin   gördüyü  ilk  iş   bu    faciənin   soyqırımı   kimi  tanınması    oldu. Milli  Məclis   onun  təşəbbüsü  ilə   1994 – cü  ildə   “Xocalı soyqırımı günü  haqqında ”   qanun   qəbul  etdi. Beləliklə  25  fevral  1997- ci  ill tarixli  fərmanla , hər  il  fevral  ayının  26-sı  saat 17:00- da  Azərbaycan  Respublikasının  ərazisində  Xocalı  soyqırımı  qurbanlarının xatirəsinə  ehtiram  əlaməti   olaraq   süküt  dəqiqəsi     elan  edilir.
               
    Bu  soyqırımın   xarici dövlətlərdə  tanınması  üçün   sonraki  illərdə  ardıcıl  işlər  aparılmışdır. 
       2008 – ci ildə   Leyla  Əliyevanın   təşəbbüsü  ilə  “Xocalıya  Ədalət”  Beynəlxalq   maarifləndirmə    kampaniyasına   başlanıldı.  Məqsəd  bu  qırğını  dünya  dövlətlərinə  tanıtmaq  olmuşdur.  
         Xocalı  soyqrımı   nəticəsində  şəhər  ermənilər  tərəfindən  işğal  olunmuşdur.   Azırbaycan  xalqı   bu  işğalla   heç  vaxt  barışa  bilməzdi. Çünki,  Xocalı  azərbaycanlıların  xan  yaddaşı,  namusu  və  qeyrəti  sayılırdı.   Düşməndə  bunu   çox  yaxşı  dərk  edirdi.  2020- ci  il  27  sentyabrdan  10  noyabra  qədər  davam edən  vətən  müharibəsində  ordumuzun   əsas   hədəflərindən  biri  Xocalı  şəhəri  idi.  10  noyabr   bəyanatına  əsasən   Xocalı  faktıki  olaraq  bizə  qaytarılmışdır.  Lakin  bu  dəfə də  erməni   höküməti  üzərinə  götürdüyü  öhdəliyi   yerinə  yetirmədi.  Şəhərdə  qalmış   erməni  quldur  dəstələri   yenə də  öz  xain  xislətlərindən   əl  çəkmirdilər.  
         
    Lakin   Ali  Baş  Komandanının   uğurlu  siyasəti  və  Azərbaycan  ordusunun  2023- cü  il  sentyabrın 19-  dan 20-nə   qədər   apardığı  anti  terror  əməliyyatı  nəticəsində   Xocalı,qədim  yaşayış  məskənimiz  düşməndən  təmizləndi. 
         
    Cənab prezidentimizin  uğurlu  siyasəti  nəticəsində  bütün  torpaqlarımız  düşməndən  azad  edildi. Artıq  bu  torpaqlarda  Azərbaycanın  üçrəngli  bayrağı  dalğalanır.  Qeyrət  mənbəyimiz  olan Xocalı  artıq  ölkəmizin  ayrılmaz  ərazisidir.





    İmanov  Cavidan,
    Masallı rayon Mahmudavar  kənd  tam orta məktəbinin  tarix  müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər