Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər videogörüntülərdə öz təsdiqini tapmayıb.
Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb.
Qeyd edək ki, sözügedən təhsil ocağında aşağı sinif şagirdinin 7-ci sinfin şagirdləri tərəfindən seksual hərəkətlərə təhrik edildiyi iddia olunurdu.