Gələn həftədən prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq

Gələn həftədən prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq
  • Cəmiyyət / Maraqlı

  • Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

    Leqal.az-ın məlumatına görə, prosesə yanvarın 15-də start veriləcək.

    Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

    Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

    Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

    1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

    2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

    3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

    4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

    5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

    6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

    7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;
    PAYLAŞ:

    Oxşar xəbərlər