Arxeologiya və Antropologiya İnstitutu adlandırılması haqqında Nazirlər Dekabrın 14-də AMEA-nın Əsas binasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən 2023-cü il ərzində ölkə ərazisində aparılan arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdən öncə arxeoloq alimlər tərəfindən aparılmış tədqiqatlar zamanı əldə edilən maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə baxış olub.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun son 30 ildə keçdiyi tarixi yola nəzər salıb.Xüsusilə son aylarda institutun fəaliyyətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edən akademik İsa Həbibbəyli cari ilin iyun ayında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ilk dəfə olaraq arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş başlanğıc konfransının keçirildiyini xatırladıb. Diqqətə çatdırıb ki, həmin konfransda ölkə ərazisində tədqiqat aparacaq arxeoloji ekspedisiyaların vəzifələri müəyyənləşdirilib və bu gün baş tutan elmi sessiya ilə əldə olunmuş nəticələr Azərbaycan ictimaiyyətinə təqdim olunur.
AMEA rəhbəri yeniləşən Akademiya uğrunda həyata keçirilən struktur islahatları çərçivəsində AMEA-nın 29 noyabr tarixli Ümumi yığıncağının qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kabineti qarşısında vəsatət qaldırıldığını diqqətə çatdırıb.
Bundan əlavə, arxeoloji tədqiqatların keyfiyyətini artırmaq məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən Nazirlər Kabinetinin 2 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na dəyişikliklər edilməsinə dair hazırlanmış təkliflərin Nazirlər Kabinetinin1 noyabr 2023-cü il tarixli qərarı ilə qəbul olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, sözügedən qərarla arxeoloji ekspedisiyaların fəaliyyət müddəti, cəlb edilən şəxslərin sayı müəyyənləşdirilib, bəzi kateqoriya üzrə işçilərin əməyinin ödənilməsi, nəqliyyat vasitələrinin, bina və mənzillərin icarə haqqıartırılıb.
Eyni zamanda aparılan arxeoloji tədqiqatların şəffaflığını təmin etmək məqsədilə AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə Komissiyanın, tədqiqatların davamlılığını təmin etmək üçün isə institut daxilində Monitorinq qrupunun yaradıldığını diqqətə çatdırıb.
Qəbul edilən qərarların ekspedisiyaların fəaliyyətinə müsbət təsir etdiyini deyən akademik İsa Həbibbəyli cari mövsümdə Beşbarmaq dağında, Goranboy və Naftalanda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntılarla, eləcə də Bolqarıstanın Privadiye bölgəsindəki Duzdağ kurqanında həyata keçirilən tədqiqatlarla tanış olduğunu söyləyib. AMEA rəhbəri arxeoloq alimlərin işlərinə sevgi ilə yanaşdığını, əsl vətənpərvərlik nümayiş etdirdiklərinin şahidi olduğunu vurğulayıb.
AMEA prezidenti qeyd edib ki, ekspedisiyalar zamanı tapılmış maddi mədəniyyət nümunələri ciddi şəkildə tədqiqatlara cəlb edilməli, onların əsasında məqalələr hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.
Akademik İsa Həbibbəyli çıxışının sonunda cari arxeoloji tədqiqat mövsümündə arxeoloq alimlər tərəfindən aparılmış qazıntıların nəticəsini yüksək qiymətləndirib, ölkəmizdə arxeologiya elminin tarixən mövcud olmuş öz ənənələrini bu gün də qoruduğunu və yeni elmi məktəblərin yaranmaqda olduğunu deyərək institutun kollektivinə uğurlar arzulayıb.
Sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru v.i.e. tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev 2023-cü il ərzində ölkə ərazisində aparılan arxeoloji qazıntıların nəticələrini təqdim edib.
Təqdimatdan sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək tarix kitablarının yenilənməsi, doktorant və dissertantlara diqqətin artırılmasından danışıb, arxeoloq alimlərin fəaliyyətini yüksək qiymətləndirib.
Elmi sessiya öz işini cari il ərzində arxeoloji tədqiqatlar aparmış ekspedisiya rəhbərlərinin çıxışları ilə davam etdirib.