MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib
  • Cəmiyyət / Maraqlı

  • Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.

    Leqal.az xəbər verir ki, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

    Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

    Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər