AMEA prezidenti, akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

AMEA prezidenti, akademik İsa Həbibbəyli  Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) başqanı, professor-doktor Hasan Mandalla görüşüb. TÜBİTAK-ın Ankara Mərkəzi ofisində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasındakıəlaqələrin müasir vəziyyətindən vəinkişaf perspektivlərindən bəhs edilib.

    Görüş zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli TÜBİTAK-ın ULAKBİM – Dərgi Parkı İnstitutu ilə  rəhbərlik etdiyi elmi qurum arasında əlaqələrin inkişaf etməkdə olduğunu bildirib, Dərgi Park – ULAKBİM-in başqanı Mehmet Mirat Satoğlunun AMEA-ya səfəri zamanı önəmli müzakirələrin aparıldığını və müvafiq qərarların qəbul edildiyini minnətdarlıqla qeyd edib.

    Tərəflər 2024-cü ildə ULAKBİM layihəsindən başqa daha 5 istiqamət üzrə: süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin arparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar məsələləri müzakirə ediblər. Genişlənməkdəolan əlaqələrin daha səmərəli şəkildə qurulması üçün Azərbaycan Milli Elmlər Akademiyasında TÜBİTAK-ın AMEA ofisinin yaradılmasının məqsədəuyğunluğu nəzərə çatdırılıb.

    TÜBİTAK başqanı, professor Hasan Mandal Azərbaycan Milli Elmlər Akademiyası ilə genişlənməkdə olan əlaqələrin Türkiyə-Azərbaycan əlaqələrində elmin rolunun daha da  artmasına səbəb olacağını qeyd edərək ortaq latyihələrə dəstək veriləcəyini diqqətə çatdırıb.

    Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arsında yeni Anlaşma memorandumunun imzalanması qərara alınıb.

    Qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.



    PAYLAŞ:

    Oxşar xəbərlər