2023-cü il "Heydər Əliyev İli" adlandırılan bu il, Azərbaycanın Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və milli dövlətçilik təfəkkürünün təbliği məqsədilə qeyd edilir. Bu məqsədlə, Ulu Öndərin tematik sitatları ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik anlayışı və müstəqillik məsələlərinə verdiyi önəm, öz torpaqlarının və hüquqlarının sahibi olmaq arzusu, Azərbaycan xalqının çoxşaxəli başlayan dövlətçilik tarixi Ulu Öndərin nitq və müsahibələrindən seçilmiş sitatlarla əks olunur. Sitatlar Azərbaycan xalqının müstəqilliyini qazanmaq üçün etdiyi fədakarlıqları, onu qorumağın çətinliklərini və bütün vətəndaşların onu qorumaq üçün çalışmalarının lazımi olduğunu vurğulayırlar. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması və inkişafının, ərazi bütövlüyünün qorunmasının, vətəndaşlar arasında milli mənəviyyat və dövlətçilik hisslərinin inkişafının önəmini vurğulamış, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin müqəddəs vəzifəsi haqqında danışmış və ölkənin xarici həmsəfillərinə qarşı müdafiə etmək üçün milli qəhrəmanların fəda verdiyi qurbanların qıymətini yüksək qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın mədəni irsinin zənginliyini hörmətə layiq görüb, onun inkişafının da önəmini vurğulamışdır. Ümumi olaraq, sitatlar milli qürur hissi və Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunmasına olan bağlılığı ifadə edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biri, təkcə Azərbaycanda deyil, həm də Türk dünyasının tanınmış simalarından biri olmuşdur. Ulu Öndər Heydər Əliyev dövlət idarə edərkən həmişə xalqına arxalanan bir rəhbər idi. Onun ürəyi həmişə xalqı ilə birgə döyünürdü və dahi şəxsiyyət xalqdan güc alırdı. Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, onun təbliği gənc nəslin təlim-tərbiyəsində xüsusi rolu olmuşdur. Müdrik dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur.
Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Ulu Öndər Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Ulu Öndər Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”. Bu sözlər məhz Ümummilli lider Heydər Əliyevə məxsusdur. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü ordusuna çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi, ordu siyasətinin əsasının dahi şəxsiyyət tərəfindən qoyulması oldu. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü ordusuna çevrildi.
Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi, ordu siyasətinin əsasının dahi şəxsiyyət tərəfindən qoyulması oldu. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq şanlı Zəfər salnaməsi yazan Azərbaycan Ordusu bundan sonra da adını hərb tariximizə və bütün dünyaya güclü ordu kimi yazdıracaqdır.
Məhəmməd Hüseynov,
Masallı Gənclər Evinin dərnək rəhbəri
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az