Noyabrın 19-da gözlənilən hava şəraiti

Noyabrın  19-da gözlənilən hava şəraiti
  • Cəmiyyət

  • Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə noyabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə  sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

    Noyabrın 19-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 3-6,  gündüz 6-9, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-6 dərəcə  isti olacaq.  
     
    Tibbi-meteoroloji proqnoz
    Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
    PAYLAŞ:

    Oxşar xəbərlər