Zəngilan şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi – 707 km²-dir.Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır.
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.İkinci Azərbaycan Milli Şəhərsalma Forumumunda 53 ölkədən nümayəndələr iştirak edib. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı forumda iştirak etmişdir. 2022-ci ildə birinci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirilmişdi.Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir. Artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb.Bu gün Şuşa şəhərində olduğu kimi Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bütün işğaldan azad edilmiş şəhərlərdə olduğu kimi Zəngilandada müxtəlif istiqamətlərində fəal işlər gedir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Forumumdakı çıxışında söyləmişdir:”Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq. Bu gün isə bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir. Böyük Qayıdış Proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil - burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından məhrum ediliblər, öz Vətənlərindən məhrum ediliblər, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Yeri gəlmişkən, qəbiristanlıqların böyük bir hissəsi işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb.
Onlar bu imkanı, bu fürsəti 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi - bizim şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Bu gün onların bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq.Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.”
Azərbaycan dövləti öz müstəqilliyini tam bərpa edərək dünyada ərazi bütövlüyünü tanıdılmasına sülh yolu ilə çatmağın mərhəllərini gözlədi.Lakin qarşı tərəf heç bir normalara riayət etmədi. Biz 30 il gözlədik.İndi Azərbaycan öz ərazi bütövlüyünü Qarabağda Azərbaycan hüquqlarını bərpa edilməsinin tam təmin etmək mərhələsindədir.Yaşasın Azərbaycan!
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyi